Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-01 12:21:00
Dünyanın hər yerində ingilis dili müəllimi işləmək şansı - TEFL proqramı

Dünyanın hər yerində ingilis dili müəllimi olmaq və təhsil müəssisələrində işləmək şansı tanıyan Teacher Training proqramları ilə müraciətçilər ingiliscə bilgi sahibi olmaqla yanaşı, eyni zamanda, Amerika və İngiltərədəki tədris metodlarını da öyrənirlər.

TEFL - Teaching English as a Foreign Language deməkdir. Bu  diplom ana dili ingiliscə olmayanlara ingilis dilini tədris edə bilmə bacarığını sübut edən xüsusi sənəddir. Proqram ilk dəfə ABŞ-da yaranıb. Tətbiq olunduğu ilk illərdə insanların diqqətini çox cəlb etməsə də, sonralar dünyada məşhurlaşıb.

TEFL sənədinə sahib müəllim həm Azərbaycanda deyil, həm də eyni zamanda, dünyanın istənilən ölkəsində ingilis dili müəllimi kimi işləmək hüququna malikdir. Bu diplomla xarici ölkələrin universitetləri, kollecləri və orta məktəblərində ingilis dili müəllimi işləmək mümkündür. Bu proqramın üstünlüklərindən biri də başqa imtahanların sertifikat verdiyi halda, TEFL-ın diplom verməsidir.

TEFL kimi xarici ölkələrdə ingilis dili tədrisinə imkan verən digər bir proqram da TESOL-dur. Bu, əsasən rəsmi dili ingiliscə olan Kanada və Avstraliya kimi ölkələrdə keçərlidir. Belə ki, siz TESOL imtahanından keçərək bu ölkələrdə ingilis dilini tədris edə bilərsiniz. Qeyd edək ki, bu vaxta qədər TEFL diplomu 120.000 nəfərə verilib.

Bu proqram zamanı  verilən diplomların səviyyəsi belə müəyyən olunur:

Pass Grade - Kafi ( 50% –  dən yuxarı)

Merit-based Grade – orta  ( 65% –  dən yuxarı)

Distinction Grade  – əla ( 85%  – dən yuxarı)

Qeyd edək ki, bu proqram Avropa və Amerikada daha çox yayılıb. “TEFL Practice” American Language School tərəfindən həyata keçirilir və bu kursda ingilis dilinin pedoqogikası haqda bilik və bacarıqlar öyrədilir.