Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-01 11:52:00
Alimlər xəbərdarlıq etdi: Böyük bir ərazi su altında qala bilər

Beynəlxalq çaplı bir sıra elm adamları tərəfindən aparılan İngiltərənin Leeds universitetinin yeni iqlim araşdırması dəhşətli nəticələri aşkar edib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmada Antarktidakı buzların son beş ildə 3 dəfə sürətlə əriməyə başladığı bildirilib. Qitənin son 25 ildə əriyən buzları  Türkiyə böyüklüyündə sahəni  4 metr səviyyəsində su altında qoya bilər.

1992-2012-ci illərdə ortalama 76 milyard ton buz kütləsi əridiyi halda, bu rəqəm son bir ildə üç dəfə artıb. Sonuncu ildə ortalama 219 milyard ton buz əriyib. Araşdırmaya əsasən, Antarktidanın əriyan buzları dəniz səviyyəsini 7,6 mm yüksəldib. Bu, böyük bir sahəni su altında qoymaq üçün kifayət edir. Alimlər lazımi tədbirlər görülməzsə, bunun nəticəsinin bütün dünyada hiss ediləcəyini deyiblər. Antarktida əridiyi təqdirdə dünya üzrə dəniz səviyyəsi 60 metr yüksələ bilər.

Qeyd edək ki, araşdırmada 44 beynəlxalq təşkiladan 84 elm adamı iştirak edib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları