Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-22 16:15:00
MİQ-in müsahibə mərhələsində 2 mindən çox namizəd uğur qazanıb

Ötən il dekabrın 14-24-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin iştirakçılarına dair statistik təhlil aparılıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, təhlil zamanı onlayn müsahibə mərhələsində iştirak edən və uğur qazanan namizədlər müxtəlif aspektlərdən araşdırılıb. Namizədlərin yaşa, cinsə görə bölgüsü aparılıb, imtahan nəticəsi və müsahibədəki performansı müqayisə olunub, həmçinin tədris bölməsi, bal ortalaması və digər statistik nəticələri qeyd olunub.

 

Onlayn müsahibələrdə ümumilikdə 2 min 197 namizəd iştirak edib, onlardan 2 min 61 nəfəri uğur qazanıb.