Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-01 09:42:00
Bu bağçada uşaqlar bütün fəsillərdə açıq havada yatırlar - FOTOLAR

Avstraliyalı uşaqlar, qış mövsümündə soyuq havalardan və qripdən özlərini qorumaq üçün ağacların kölgəsində qurulan oyun meydanlarında və qumluqda yatırlar.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyada Perthdə yerləşən bir uşaq bağçası öskürək və qripə son qoymaq üçün günorta yuxusunu birbaşa təbiətə daşıyıb.

“Little Learners” adlı bağçasının mütəxəssisləri Skandinaviya tərzində olan bu açıq hava yuxusunun müstəsna nəticələri olduğunu vurğulayır.Bağça, yaşları iki ilə beş arasında dəyişən uşaqların açıq havada yatırtmağa bu ilin mart ayından etibarən başlayıb.

Məqsəd bu təcrübənin uşaqların daha sağlam olub-olmasına necə təsir edəcəyini görməkdir. 11 həftəlik təcrübənin sonunda xəstələnib məktəbə getməyən uşaqların sayında ciddi dəyişiklik olduğu müşahidə olunub.

Bağça müdiri Ken Scott-Hamilton bu ənənəni davam etdirərək bağçadakı uşaqların sağlamlığına nail olacağına inanır.

Mütəxəssislər açıq havada yatan uşaqların inkişafları belə izah edirlər:

Uşaqlar daha uzun, daha dərin və daha sakit yatırlar;

Onlar açıq havada yatarkən istirahət edirlər;

Daha çevik olurlar.