Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-21 15:45:00
Rektor Ədalət Muradov: "Universitetlər artıq bu funksiyasını yerinə yetirə bilmir"

 

 

“Dövrünün tələbatına cavab verməyən “mütəxəssislər ordusu” yetişdirmək dövlətin tərəqqisinə deyil, onun probleminə  çevrilir”

 

 

AzEdu.az xəbər verir ki. bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC )  rektoru, professor Ədalət Muradov  Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  keçirilən virtual müzakirədə çıxışı zamanı bildirib:

 

 

“Bu gün dünya dəyişsə də,  dəyişməyən tək şey universitetlərdir. Hamımız  universitetlərin dövlətin, cəmiyyətin tərəqqisinin önündə getdiyini  bilirik. Bu gün biz bu fikri təsdiqləyə bilərikmi?

 

Zənnimcə, universitetlər artıq bu funksiyasını yerinə yetirə bilmir.  

 

İlk universitet  I sənaye inqilabı dövründə yaranıb. Bu gün isə IV sənaye inqilabından danışırıqsa, bunu mütləq vurğulamalıyıq:  dövrünün tələbatına cavab verməyən “mütəxəssislər ordusu” yetişdirmək dövlətin tərəqqisinə deyil, onun probleminə  çevrilir”.

 

Qeyd edək ki, xəbər verir ki. bu fikirləri Təhsil naziri Emin Əmrullayev  Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirənin iformasiya dəstəkçisi Modern.az informasiya agentliyidir.