https://www.zirve.edu.az/
21.01.2021 11:16
Azərbaycanda 2927 kütləvi kitabxana, 239 muzey, 29 peşəkar teatr fəaliyyət göstərir

Azərbaycanda kütləvi kitabxana, klub müəssisəsi, muzey, peşəkar teatr, mədəniyyət və istirahət parklarının sayı açıqlanıb. 

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, hazırda ölkədə 32 milyon kitabxana fondu olan 2927 kütləvi kitabxana mövcuddur.

O cümlədən ölkədə 2244 klub müəssisəsi, 239 muzey, 29 peşəkar teatr və 349 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.