Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-20 15:44:00
Bütün fənlər üzrə summativ qiymətləndirmə distant formada aparılacaq

II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçüləcək və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunacaq. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunacaq və sinif jurnalında müvafiq qaydada yazılacaq.

 

Xatırladaq ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.