Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-20 13:56:00
İctimai Şuranın rəhbərliyi Təhsil İnstitunun direktoru ilə görüşüb - FOTO

 

 

 

“Təhsil Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi  Təhsil İnstitutunun direktoru Rüfət Əzizov ilə görüşüb.  İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, məsul katib, fəlsəfə doktoru  İlqar Orucov və  İctimai Şuranın üzvü, deputat Etibar Əliyev  görüşdə iştirak ediblər”.

 

 

Bunu AzEdu.az-a açıqlamasında məsul katib İlqar Orucov bildirib. O, müzakirənin əsas məqsədini də açıqladı:

 

 

“Təhsil İnstitutunda planlaşdırılan, həyata keçiriləcək işlər barədə  direktor Rüfət Əzizov şura rəhbərliyinə ətraflı məlumat verib. Həmçinin, İctimai şura ilə Təhsil institutu arasında gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və bütövlükdə təhsilin inkişafına yönələn mövzular müzakirə olundu.

 

Müzakirə zamanı təhsilin aktual problemlərindən də danışıldı. Yaxın günlərdə İctimai şuranın ofisində Təhsil instutunun rəhbərliyi ilə daha əhatəli tərkibdə danışıqlar aparılması ilə bağlı razılıq əldə olundu. Müzakirənin əsas məqsədi Azərbaycan təhsilinin inkişafı üçün fəaliyyətlərin və səylərin birləşdirilməsidir”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları