Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-20 14:06:00
Gənc müəllimlər üçün Yaponiyada təlim proqramına sənəd qəbulu aparılır  

Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu aparılır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə,  təlim proqramında iştirak etmək istəyənlər yanvarın 29-dək müraciət edə bilərlər.

 

Qeyd edək ki, “Kyokensei” Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı verən magistratura səviyyəsi üzrə proqramdır.