Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-19 13:48:00
Universitetlərimiz tələbələr üçün bu güzəştləri etdilər-İmtahanlarla bağlı

 

 

Yanvar ayının 5-dən etibarən ali təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin qış imtahan sessiyasına start verilib.

 

Ötən semestr ərzində məlum olduğu kimi koronavirus pandemiyası və “Vətən müharibə” si ilə əlaqədar   tədrisin çatdırılmasında müəyyən problemlər yaşandı. Bunu nəzərə alan bir çox universitetlər də tələbələrə imtahan müddətində güzəştlər etməyə qərar verib.

 

 

AzEdu.az ali təhsil müəssisələrinin 2020-2021-ci tədris ilinin qış imtahan sessiyası üçün nəzərdə tutduğu güzəştləri təqdim edir:

 

 

Azərbaycan Dövlət Dəniz Akademiyası Elmi Şurası qış imtahan sessiyası ilə bağlı qərar qəbul edib:

 

 

Payız semestrinin imtahan sessiyası magistratura və bakalavriat səviyyələrində Microsoft Teams platforması üzərindən onlayn-test üsulu ilə keçirilsin (video qeydiyyatı aparılmaqla)  və hər fənn üzrə hazırlanmış test bankından bir tələbəyə 25 sualdan ibarət tapşırıq müəyyən edilsin. İmtahan zamanı 1 doğru cavab 2 balla qiymətləndirilsin.

 

 

İmtahan suallarının tərtibi zamanı akademik yükü 30 saat olan fənlər üzrə minimum 150 test,  akademik yükü 45 saat olan fənlər üzrə minimum 200 test, akademik yükü 45 saatdan yuxarı olan fənlər üzrə isə minimum 300 test sualı müəyyən edilsin.

 

 

Lənkəran Dövlət Universitetində imtаhаn sеssiyаsının təşkili haqda Elmi Şuranın qərarı:

 

 

Fənlər üzrə təqdim olunan imtahan sualları əsasında elektron formada 5 (beş) sualdan ibarət imtahan biletlərinin tərtib edilməsi və həmin biletlərin imtahan üçün təyin olunmuş vaxtda tələbələrin şəxsi kabinetlərində aktivləşdirilməsi.

 

 

İmtahanda fənn üzrə elektron biletdə olan sualları cavablandırması və həmin cavabları elektron formada şəxsi kabinetinə yerləşdirməsi üçün hər bir tələbəyə 2 saat 30 dəqiqə vaxtın verilməsi nəzərdə tutulsun.

 

 

Tələbələr əvvəlcədən şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçməklə fənlər üzrə təyin olunmuş vaxtda imtahanda iştirak etsinlər və verilmiş vaxt (2 saat 30 dəqiqə) müddətində sualları cavablandırdıqdan sonra həmin cavabları elektron formada şəxsi kabinetlərinə yerləşdirsinlər.

 

 

Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarına əsasən, imtahan sessiyasında tələbələrə güzəştlər ediləcək:

 

 

Cari qiymətləndirmədə bütün tələbələrə davamiyyət və sərbəst işlər üçün ümumilikdə 20 bal veriləcək (hər biri 10 bal olmaqla).

 

 

Tələbənin semestr ərzində biliyi isə 30 baladək qiymələndiriləcək.

 

 

Bütün fənlər üzrə imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək sadələşdiriləcək və ixtisasın tədris planında fənnə ayrılmış saatların miqdarından asılı olaraq 20-30% azaldılacaq. 

 

 

Bakalavriat və magistratura səviyyələrinin bütün kurslarında 1 fənn üzrə ümumi qiymətləndirilmə tələbənin cari imtahan sessiyasında əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricinə - ÜOMG) uyğun olaraq aparılacaq. 

 

 

Azərbaycan Dillər Universiteti imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə qərarlar verib:

 

 

Qış imtahan sessiyası müddətində maksimum güzəştlər tətbiq olunacaq:

 

 

Cəbhə bölgəsində yaşayan tələbələr, habelə digər bölgələrimizdə yaşayan bir sıra internet problemləri olan tələbələr üçün maksimum güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.

 

 

Dərs müddətində tələbənin imtahanqabağı topladığı bal 34 bala çatmırsa, o halda balın 34-ə çatdırılmasında universitet rəhbərliyi güzəşt tətbiq etməyi planlaşdırır. 

 

 

Qayıb limitinin 50%-ə qaldırılmasını nəzərə alaraq, tələbə iştirak etmədiyi dərslərdə davamiyyətə görə balın çıxılması tələbələrin imtahanaqədər giriş ballarının differensiallaşdırılması məqsədilə, həmçinin də mövcud əsasnamənin müddəalarına uyğun hesab olunur. Lakin ölkə ərazisində olan mövcud vəziyyəti nəzərə alaraq, 50 % qayıb limitini keçən tələbələr də imtahana buraxıla biləcək.

 

 

BMU rəhbərliyindən tələbələrə bir sıra güzəştlər:

 

 

 Elmi Şurada tələbələrin öz seçimlərinə uyğun olaraq final imtahanların birindən azad edilməsi və bu fənn üzrə biliklərinin  imtahana qədərki semestrdaxili fəaliyyətdə (SDF) əldə edilən nəticələr əsasında qiymətləndirilməsi barədə qərar qəbul olunub.

 

 

Edilən digər güzəştlər sırasında test suallarının sayının  40-a endirilməsi, fənnin xüsusiyyətindən asılı olaraq test imtahanlarına 60-80 dəqiqə, şifahi imtahanlarda hər tələbəyə 15 dəqiqə, bir sıra fənlər üzrə götürülən yazılı imtahanlara isə 90 dəqiqə  vaxt ayrılması müəyyənləşib. Eyni zamanda, test və yazılı imtahan sualları ilə əlaqəli mövzuların və şifahi imtahana aid sualların  əvvəlcədən tələbələrə verilməsi qərarlaşdırılıb. 

 

 

İclasda tələbələr  üçün nəzərdə tutulan başqa güzəştlərə də toxunulub. Bu güzəştlərə bütün tələbələrin davamiyyətinin 10 balla qiymətləndirilməsi, üç semestrdaxili fəaliyyət (SDF) qiymətləndirilməsinin birə endirilməsi və təkrar imtahanların ödənişsiz olaraq həyata keçirilməsi daxildir. Tələbələrin Sərbəst işlərinin qəbul edilmə müddəti yanvar ayının 9-na kimi uzadılıb.

 

 

Toplantıda 2021-ci il yanvarın 11-də başlayacaq və 4 həftə davam edəcək payız semestri üzrə imtahan sessiyasının təşkili ilə bağlı digər məsələlər ətraflı müzakirə olunub, tələbələrin qarşılaşacağı problemlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

ADNSU-da ediləm güzəştlərə əsasən

imtahan sualları ümumi materialın 40 fazini əhatə edəcək:

 

 

Elmi Şuranın qərarına görə, əgər fənn yalnız mühazirə və məşğələdən ibarətdirsə, ümumi bal yığımı sərbəst işlərdən və ya təqdimatlardan 20 bal, aralıq imtahanlardan isə 30 bal olmaqla formalaşacaq. Əvvəl mühazirə və məşğələdən başqa kurs işi vardısa, onda sərbəst işə və ya təqdimata 10 bal, aralıq imtahanına 20 bal, kurs işinə 20 bal qazanılması nəzərdə tutulurdu. Kurs layihələrinin mövcud şəraitdə yerinə yetirilməsi çətin olduğundan, kurs layihələri kurs işi ilə əvəz olundu və eyni zamanda ən azı 10 bal toplanması limiti də aradan götürüldü. Bu o deməkdir ki, tələbə kurs işini yaza bilməzsə belə, o imtahana buraxılacaq.

 

 

AzTU Elmi Şurasının imtahan sessiyası ilə bağlı qərarı:

 

 

Fənnin məzmununu əhatə etməklə və tədrisinə ayrılan auditoriya saatının miqdarını nə­zərə almaqla, hər bir fənn üzrə sayı 25-50 arasında dəyişməklə imtahan sual­la­rı­nın hazırlanması, sessiyanın başlanmasına ən azı 20 gün qalmış tələbələrə çat­dı­rıl­ma­sı təşkil olunsun.

 

 

Hər 50 sualla 30 bilet, 25 suala 10 bilet tərtib olunsun. Proqram təminatına əsasən seçilmiş 5 (asandan çətinə doğru) sualdan ibarət biletin imtahan başlamazdan ən azı 9 saat əvvəl tələbələrin elektron kabinetinə göndərilməsi təmin edilsin.

 

 

Hər bir sualın cavabı assistentin iştrakı ilə müəllim tərəfindən 10 ballıq şkala üzə­rində imtahanın qiymət meyarları əsasında aparılsın və nəticə imtahan prosesi zamanı  "Elektron Təhsil Sistemi" nə daxil edilsin.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları