https://www.zirve.edu.az/
19.01.2021 13:34
Hibrid tədrisdə dərslərin keçirilmə qaydası – Cədvəl nümunəsi

 

 

Pandemiya  dilimizə “hibrid təhsil” termini də gətirdi. Çoxumuz hələ də bu sözün tam mənasını bəlkə də bilmirik.

“Hibrid təhsil nədir?”sualına cavab:

Hibrid təhsil – vəziyyətdən asılı olaraq təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil formasıdır.  Məsələn, ənənəvi təhsil sistemi müəyyən səbəblərdən öz işini icra etmirsə və yaxud icra edə bilmirsə, o zaman digər alternativ təhsil növlərinin tətbiqi elə hibrid təhsilinin tətbiqi deməkdir.

Hibrid təhsil özündə klassik və yeni texnologiyaları birləşdirir.  Yəni bu dərs formasında fənlərin bəziləri sinif otağında, bəziləri isə distant keçirilir.   

Karantinin yumşaldılması mərhələsində məktəblərimizdə məhz bu tədris forması tətbiq edilib.  Şagird sıxlığının qarşısını almaq məqsədilə sinif  iki qrupa bölünüb, bəzi fənlər onlayn, digərləri isə ənəvəvi formada tədris edilib: 

Hibrid tədris üçün dərs cədvəli nümunəsini  isə aşağıdakı kimidir.  Bu nümunələr 4 müxtəlif  situasiyanı əhatə edir:

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün;

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə;

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün;

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

 

Yuxarı siniflərdə  məktəbdə təşkil edilən dərs saatları, əsasən, tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin qiymətləndirmənin təşkili də nəzərə alına bilər.

 

Qeyd edək ki, müəllimlərin əksəriyyətinin dediyinə görə hibrid təhsil təhsilverənlərin vaxtını daha çox alır və əlverişli deyil. Lakin bu hazırkı vəziyyətdə tətbiq olunan ən səmərəli üsul kimi dəyərləndirilir.