Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-19 11:32:00
Təhsil nazirinin brifinqində hansı vacib qərarlar veriləcək? – Ehtimallar

22 yanvar tarixində Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək. 

 

 

Brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək,  sual doğuran məsələlərə aydınlıq gətiriləcək.

 

 

AzEdu.az-a danışan təhsil ekspertləri brifinqdən nə kimi gözləntiləri olduqlarından  söz açıblar:

 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov:

 

 "Yəqin ki, I yarım ilin başa çatması ilə əlaqədar məktəbdaxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək. Məlum olduğu kimi artıq, ali məktəblərdə payız semestrinin imtahan sessiyasının ilk həftəsi başlayıb və distant formada davam edir. İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri də var. Qiymətləndirmə mexanizmnin də onlayn müstəvisində həll edilməsi zərurəti ilə əlaqədar, ümumtəhsil məktəblərində təlim prosesində əks-əlaqənin təmin edilməsi, təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi məqsədilə şagird nailiyyətlərinin mill qiymətləndirilməsi də keçirilib.

 

 

Brifinqdən gözləntilər çoxdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatina əsasən  bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması qərarını və bu qərara əsasən bir sıra ictimai-iaşə obyektivlərinin fəaliyyətinə icazə verilməsini və ən başlıcası isə, Respublikamızda koronavirus əleyhinə vaksinasiyaya başlanmasına qərar verildiyini nəzərə alaraq təhsil müəssisələrinin də təhsilin ayrı-ayrı pilləri üzrə, mərhələlər əsasında ənənəvi formada fəaliyyətə başlaması istisna olunmur.

 

 

II yarımildə tədrisə hansı formada başlanacağından asılı olmayaraq, özündə klassik və yeni texnologiyaları birləşdirən alternativ təhsil - “Hibrid” adlandırdığımız təhsil – vəziyyətdən asılı olaraq təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil forması kimi istifadə olunmaqda davam edəcək

 

 

Bu gün hər hansı bir proqnoza və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun hərəkət etməliyik”.

 

 

Təhsil eksperti Adil Vəliyev hibrit təhsilin vacibliyini vurğulayıb:

 

 

“Fikrimcə 2020-2021 tədris ilinin əvvəlində verilən qərar indi verilməlidir. Dərs cədvəlinə uyğun olaraq ibtidai siniflər dərsə getməli, yuxarı sinif, kollec və universitet tələbələri ise tədris ilinin sonuna kimi online formada davam etdirmelidir”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları