Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-18 16:35:00
Məktəblərlə bağlı müəmma, müəllimlər üçün şans, qəbul xəbərləri – Təhsil icmalı

 

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 11-17 yanvar tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Tələbələrin köçürülməsi prosesinə start verilir:

 

 

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

 

 

Şagirdlərimiz beynəlxalq olimpiadadan 15 medal əldə edib:

 

 

7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadası (IZhO) keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 5 gümüş, 10 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar.

 

 

Ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası başlayıb:

 

 

Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

 

 

Peşə təhsili alanlar ilk dəfə olaraq ixtisas dərslikləri ilə təmin ediləcək:

 

 

2020-2021-ci tədris ilində peşə təhsili istiqamətində ilkə imza atılıb. Belə ki, ilk dəfə olaraq ixtisaslar üzrə dərsliklərin çap edilməsinə başlanılıb. Məqsəd peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılmasıdır.

 

 

Ali məktəblərdə imtahanların keçirilməsi qaydası açıqlanıb:

 

 

Təhsil naziri müvafiq əmr imzalayıb.

 

 

Əmrə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.

 

 

İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.

 

 

Müqavilə əsasında çalışan digər şəxslər üçün müsahibələr keçiriləcək:

 

 

Təhsil Nazirliyi müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün müsahibələrin keçiriləcəyini açıqlayıb.

 

 

Nazirlikdən verilən məlumata görə, hazırda müsahibələrin təşkili üçün müvafiq hazırlıq işləri görülür. Müsahibələrin keçiriləcəyi dəqiq tarix barədə məlumat veriləcək. 

 

 

Bəzi tələbələrin imtahan nəticələri nəzərə alınmaya bilər:

 

 

“Tələbə köçürülmələri zamanı bəzilərinin imtahan nəticələri nəzərə alınmaya bilər”.

 

 

Bunu Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda keçirilən onlayn tədbirdə deyib.

 

 

Məktəblərlə bağlı qərar nə vaxt veriləcək?

 

 

“Məktəblərlə bağlı yumşaldılmaya gediləcək və bununla bağlı məlumat gələn həftə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə elan ediləcək".

 

 

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

 

 

Nazir tədrisin təşkili ilə bağlı məsələlərə aydınlıq gətirəcək:

 

 

Bu həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.

 

 

Bu barədəTəhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri  Cəsarət Valehov məlumat verib .

 

 

Təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarına start verilib:

 

 

Yanvarın 14-dən Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması üçün test imtahanlarının keçirilməsinə başlanılıb.

 

 

Təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq sertifikatlaşdırma iki - test və müsahibə mərhələsindən ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.

 

 

Bu abituriyentlər qəbul imtahanının  birbaşa ikinci mərhələsində iştirak edəcəklər:

 

 

“Məlum olduğu kimi, buraxılış imtahanının (əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsinin) nəticəsi 2 il qüvvədə olur. 2020-ci ildə buraxılış imtahanında (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsində) iştirak etmiş abituriyentlər bu il I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər”.

 

 

Bu barədə DİM-dən bildirilib. 

 

 

İndi isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi mətbuat konfransında toxunulan vacib məsələlərə diqqət edək.

 

 

Əvvəlki ilin məzunları buraxılış imtahanında iştirak etməlidir?

 

 

DİM-dən verilən məlumata görə, əvvəlki ilin məzunları hər iki imtahanda-buraxılış və qəbul iştirak etməlidir:

 

 

“Hər iki imtahandan topladıqları balların cəminə əsasən qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edirlər”.

 

 

Vətən Müharibəsində DİM-in 50 nəzarətçi müəllimi iştirak edib, 4 nəfər şəhid olub:

 

 

Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşü zamanı səsləndirib.

 

 

Qəbul imtahanlarında Vətən Müharibəsi ilə bağlı suallar  salınacaq:

 

 

“Qəbul proqramının yer aldığı “Abituriyent” jurnalı artıq çapa hazırdır. Qeyd edim ki, tarix dərsliklərində azad olunan torpaqlarımızla bağlı tarixi bilgilər də verilib”.

 

 

Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşü zamanı səsləndirib.

 

 

DİM 2 növ elektron imtahan hazırlayıb:

 

 

 

“DİM tərəfindən offlayn və onlayn imtahanlar keçirilir. Bu imtahanlar sınaq imtahanlarıdır". 

 

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib. 

 

 

İnformatika fənni  qəbul imtahanlarına salına bilər? 

 

 

“Pandemiyanın pis cəhəti odur ki, real dərsdən də geri qaldıq. Müsbət cəhəti isə İT texnologiyalardan istifadəni genişləndirdi. Bu sahəni bilməyənlər belə maraqlanmağa başlayıb”.

 

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib. 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları