Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-18 15:59:00
Türkiyədə doktorantura təhsili  üçün son müraciət tarixi nə zamandır? - Nazirlik

Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində daha çox müraciət olunan mövzularla bağlı sualların cavablandırılması prosesi davam etdirilir.

 

Bu barədə AzEdu.az-a nazirlikdən məlumat verilib. Türkiyədə 2021-2022-ci tədris ili üçün doktorantura təhsili üzrə təqaüd proqramına nə vaxtadək müraciət etmək mümkündür sualına cavab olaraq bildirilib ki, son müraciət tarixi olaraq yanvarın 31-i saat 23:59 müəyyənləşdirilib.