Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-18 14:58:00
Təhsil eksperti məşhur layihədən danışdı:"Siniflə birgə üzvü olmaq istəyirik"

2018-ci ildən həyata keçirilməyə başlayan “Kitablarla inkişaf edək” layihəsinin mahiyyəti nədən ibarətdir? Faydalı cəhətləri hansılardır?

Bir çox insanın rahat bir şəkildə əldə etdiyi kitablar, kitab ala biləcəkləri mağazalar, dərsdən əlavə faydalı bir çox şeylə vaxt keçirə biləcək məşğuliyyətləri olduğu halda, təəssüf ki, ucqar rayonlarda bunlar əlçatmazdır. Ona görə ilk ucqar rayonlardan başlanıldı, dərs vəsaitləri və bədii kitablar aparıldı. Təbii ki bununla da bitmir; kitab aparılan məktəblərlə, müəllimlərlə tez-tez əlaqə saxlanılır və uşaqların doğru istiqamət alması üçün daim nəzarət edilir. 

AzEdu.az təhsil eksperti Elnur Hacıyevin layihə ilə bağlı təəssüratlarını təqdim edir:

 

“Kitablarla inkişaf edək” layihənin fəaliyyəti instagram üzərindən açılan eyni adlı səhifənin yaranması ilə 31 may 2018-ci ildə başlayıb. Bu səhifə  bir-birini  tanımayan bir çox gənci eyni amal, məqsəd üçün birləşdirmiş və birgə fəaliyyətin başlanğıcı qoyulub. Onlar bölgələrdə, xüsusilə ucqar kəndlərdə yaşayan uşaqların kitablara əlçatanlığının zəif olduğunu düşünüb bu layihəyə başlayıblar”.

 Təhsil eksperti O, layihənin vacibliyindən də danışdı:

 “Hazırda proses davam etdirilir. Layihəyə qoşulanların sayı günbəgün artmaqdadır. Layihə üzvləri hər biri 1 azn ödəməklə ianə toplayırlar və bununla da lazımi kitablar alınır. Həm bədii kitablar, həm də test topluları yığılır və ucqar kənd şagirdlərinə paylanılır. Gəncə Dövlət universitetində Nicat İbadov adlı gənc müəllim vasitəsilə layihə ilə tanış oldum və diqqətimi çəkdi. Bir neçə dəfə mənə şagirdlərilə görüş təklif etdi. Şagirdlərlə “kitabı həvəslə mütaliə etmək”, “kitab oxumağın əhəmiyyəti”, “təhsil almağın faydası” başlıqlı söhbətlər etdik. Həmin uşaqlara kitablar paylanılırdı.

 

Siniflə birgə layihənin üzvü olmaq istəyirik

 

“Sonuncu dəfə isə bir neçə müəllim də bu təlimlərə cəlb olundu. Daha sonra məlum oldu ki, şagirdlərə paylanılan kitablar məhz bu layihə çərçivəsində onlara çatdırılıb. Şagirdlər kitabları oxuduqdan sonra təhvil verir və onlara başqa vəsaitlər təqdim olunur. Layihə vasitəsilə  ucqar rayonlarda yerləşən 26 məktəbə 900-ə yaxın kitab verilib.

Mən Göygöl şəhərində yaşayıram və peşə-təmaüllü sinfin qrup rəhbəriyəm. Biz siniflə birgə layihənin üzvü olmaq istəyirik”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları