Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-18 11:16:00
Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək  

Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamında öz əksini tapıb.

 

Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər aşağıdakılardır: 

 

“Soyuq zəncir” şəraiti - vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması;

 

Məlumat bazası - COVID-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (məs. e-Təbib üzərindən) hazırlanması, digər müvafiq məlumat bazaları ilə inteqrasiya edilməsi və bazada toplanılan bütün məlumatların təhlil edilməsi;

 

- Vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimatlandırılması və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi;

 

- Pasportlaşdırma - yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanması.

 

Qeyd edilib ki, strategiyanın məqsədi hazırda geniş yayılmış COVID-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.