Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-14 12:53:00
  Almaniyada doktorantura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır      

Almaniyanın “Hertie” İdarəçilik Məktəbi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, doktorantura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti üç ildir. Tədris ingilis dilində aparılacaq. Proqramda iştirak etmək istəyənlər yanvarın 31-dək müraciət edə bilərlər.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.