Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-14 12:41:00
Çində təqaüd proqramına sənəd qəbulu davam edir

Çin Xalq Respublikasının Tsinqua Universitetinin ictimai səhiyyə üzrə Vanke Məktəbi 2021-2022-ci tədris ili üzrə ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün təqaüd proqramı elan edib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına martın 31-dək müraciət etmək olar.