Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-13 12:58:00
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi beynəlxalq müsabiqədə uğur qazandı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının klassik gitara sinfinin müəllimi Elmar Sultanovun tələbəsi Zaur Məmmədov Rusiyanın Vladivostok şəhərində keçirilmiş “Den kontserta” adlı onlayn müsabiqədə iştirak edib.

Bu barədə AzEdu.az-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, iki turdan ibarət beynəlxalq müsabiqədə Z.Məmmədov diplomla təltif olunub.