Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-13 11:46:00
30- yaşa çatmayan xeyli müəllim koronavirusa yoluxub  - Statistika

 

 

Pandemiya şəraitində xüsusi diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, tədris prosesinə cəlb edilən müəllimlərin böyük əksəriyyəti yuxarı yaş qrupuna aiddirlər və nisbətən yüksək risk daşıyıcılarıdırlar.

 

AzEdu.az xəbər verir ki, bir çox dünya ölkələrinin təcrübəsi göstərir ki, təhsil prosesinə cəlb olunmuş  aşağı yaş qrupuna aid şagirdlərdə  daha az yoluxma halları müşahidə edilir. Lakin nəzərə almaq lazımdır ki, tədris prosesinə  cəlb edilən müəllimlərin böyük əksəriyyəti yuxarı yaş qrupuna aiddirlər və nisbətən yüksək risk daşıyıcılarıdır. Bu mənada yüksək risk daşıyıcılarına aid müəllimlərin sağlamlığının qorunması əsas prioritetlərdəndir.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 28 iyul 2020-ci ilə olan tarixə qədər yoluxanların yaş qrupuna görə bölgüsünü təqdim edib. Bu bölgüyə uyğun olaraq demək olar ki, COVİD-19 pandemiyası zamanı virusa yoluxanların 18%-i 30-39 yaş aralığında, 15%-i 40-49 yaş aralığında, 21%-i 50- 59 yaş aralığında, 16%-i 60-69 yaş aralığında yerləşir.

Ümumtəhsil müəssisələrində çalışan işçilərin yaş bölgüsü üzrə sayı aşağıdakı kimidir:

Yaş aralığı;  İşçi sayı;  Faiz.

20 yaşadək;  135;  0.1%

20-30; 24.862; 12%

30-40; 61.126; 28%

40-50; 47.887; 22%

50-60; 55.477; 26%

60 və daha yaşlı; 25.778; 12%.