Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 13:49:08
ABŞ-da oxumaq istəyənlərin mütləq bilməli olduğu xaricdə təhsil proqramı- Tələsmədən yararlanın

GRE  General Test imtahanını magistr və doktorantura pilləsi üzrə oxumaq istəyən hər kəs verməlidir. İkinci imtahanı isə bəzi universitetlər tələb edir. Ən çox birinci hissəyə üstünlük verilir.

GRE imtahanı Educational Testing Service (ETS) tərəfindən həyata keçirilir.

Bu imtahanın bir çox yerdə iki  formadan ibarət olmasını qeyd etsələr də əslində 3 hissədən ibarətdir:

Birinci hissə - GRE General Test  ümumi imtahan olaraq bilinir və bir çox universitetlər məhz bu bölməni tələb edir. General test 2 saat 15 dəqiqə kompüter vasitəsilə olur. İmtahanda həm sualları cavablandırmaq, həm də kompüterlə imtahanı necə verməyi öyrənməniz üçün ümumi 4 saat vaxt tələb edir. Bu bölmədə test imtahanına 5 dəfə girmək şansınız var və imtahanlar orta hesabla hər iki aydan bir olur;

GRE General test 3 hissədən - rəqəmsal, sözəl və analitika - ibarətdir. Sözəl hissəsində 30 suala 30 dəqiqə vaxt verilir burada sözləri və birləşmələri oxumaq, anlamaq və istifadə etmək kimi bacarıqlarınızı yoxlayırlar. Rəqəmsal bölməsində isə riyaziyyat, həndəsə, verilənlərin analizi və riyazi məntiqdən ibarət 28 sual olur. Bunlar üçün 45 dəqiqə vaxt verilir. Analitika bölməsində isə məntiqi suallardan ibarət 35 suala 60 dəqiqə vaxt verilir. İmtahanın qiyməti isə ölkələrə uyğun olaraq 100-150 dollar arası dəyişir;

GRE Subject Test bölməsi isə müəyyən bir ixtisas üzrə hazırlaşanlar üçündür. Birinci hissədən fərqli olaraq imtahan onlayn deyil, yazılı həyata keçirilir. İmtahan verməzdən 3 həftə öncə qeydiyyatdan keçməli və hansı fənndən imtahan verəcəyinizi müəyyən etməlisiniz.

Üçünçü bölmə olan GRE Writing Assessment-də yazı qabiliyyətiniz yoxlanılır və imtahan onlayn həyata keçirilir.

Qeyd edək ki, imtahan ödənişi 195 dollar təşkil edir.