Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-11 13:39:00
Məktəb direktorlarının davranış xətaları – Bunları etməməlidirlər

 

 

“Təlim-tərbiyə işi hər kəsin üzərinə nizam-intizam məsuliyyəti qoyub. Məqsədimiz müasir yanaşmalar əsasında hazırki tələblərə cavab verən, ictimaiyyəti qane edən, müəllimləri yaradıcı fəaliyyətə, şagirdləri səmərəli təhsil almağa istiqamətləndirən keyfiyyətli dərslik komplektlərinin meydana çıxmasına optimal şərait yaratmaqdan ibarətdir”.

 

AzEdu.az xəbər verir ki, bunlar Möhsün Alışovun “Təhsil və cəmiyyət”(Təhsil quruculuğu, hədəflər...nailiyyətlər...problemlər) kitabında yer alıb. Bu fəsildə direktorun davranış qaydaları haqda geniş məlumat verilir:

 

Məktəb rəhbərliyinin qarşısında duran ən mürəkkəb məsələlərdən biri pedaqoji kadrlarla aparılan iş və onların ixtisasının artırılmasının təşkili məsələsidir. Direktorlar bir həqiqəti dərk etməlidirlər ki, müəllimlərlə aparılan fərdi iş əsnasında onların özləri də təkmilləşir, çox şey öyrənirlər.

 

Yaxşı işlək direktoru olmayan məktəblərdə göstəricinin yüksək olması nəzərə çarpmır. Əgər məktəb direktoru zəifdirsə, işləmirsə, məktəbi özbaşına buraxıbsa, müəllimlər də tələbləri yerinə yetirməkdə məsuliyyət hiss etməz.  Təhsil sistemində çalışan təhsil işçilərində idarəetmə mədəniyyətinin formalaşması təmin olunmalıdır. Direktor məktəbdə sağlam təhsil və tərbiyə mühitini-estetik mühiti yaratmağa borcludur. Çünki olduqca yaradıcı mahiyyət kəsb edən təlim-tərbiyə prosesi  də sağlam, etik-estetik cəhətdən insanı heyrətləndirən məktəb mühitində daha ahəngdar, səmərəli şəkildə davam edir.

 

Kurikulumun keyfiyyətli tətbiqinə nail olmağın mühüm şərtlərindən başlıcası məktəb direktorlarının məsələ ilə bağlı hazırlığını təmin etmək, onların bu işə böyük məsuliyyət və vicdanla yanaşmasına nail olmaqdır.

 

Müəllimlərin əksəriyyətinin islahat prosesinə hazır olmaması, daha doğrusu, keçmiş metod və ənənələrdən uzaqlaşa bilməməsi ölkədə həyata keçirilən dövlət əhəmiyyətli bir prosesin inkişafına mane olur, müsbət nəticələrin əldə olunmasını ləngidir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları