Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-11 13:00:00
  Alimlər koronavirusun orqanizmdə yayılmasına kömək edən ferment aşkar ediblər  

 

 

Almaniyanın Tübingen Universitetinin bir qrup alimi insan orqanizmində koronavirusun yayılmasına təsir edən ferment aşkar edib.

 

AzEdu.az  Trend-ə istinadən bildirir ki, mütəxəssisləri SARS-CoV-2 virusunun ağciyərlərdə yayılmasının kompüter modeli vasitəsilə müəyyən edib ki, virus hüceyrələri xüsusi maddə yaratmağa vadar edir və bu, virusa hüceyrələrə daxil olmasını təmin edir.

 

Məlum olub ki, quanilatkinaza (GK1) fermenti koronavirus üçün xüsusi əhəmiyyət daşıyır. Alimlər kompüter vasitəsilə həmin fermetin aradan götürdükdən sonra virusun orqanizmdə yayılması dayanıb.

 

Mütəxəssislər hesab edir ki, bu fermentin aşkar edilməsi koronavirusun müalicəsi üçün dərmanların hazırlanması və təkmilləşdirilməsinə kömək edəcək.