Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-11 10:25:00
Mərhum qrossmeyster Vüqar Həşimovun anım günüdür  

Bu gün mərhum qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.

AzEdu.az-ın məlumatına görə, Vüqar Həşimov  24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.

2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 

2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub, o, həmin gün III Fəxri Xiyabanda dəfn edilib.

Vüqar Həşimov Azərbaycan qrossmeysterləri arasında reytinqinə görə 2737 balla 3-cü pillədə yer alırdı.


O, qısa ömrü ilə Azərbaycanın adını ucaldan, dünya şahmatının sönməz ulduzu, parlaq zəka sahibi idi.

Allah rəhmət eləsin...