Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-10 16:50:00
Orqanizmin viruslara qarşı davamlılığını artıran QİDALAR

Rusiyalı həkim-diyetoloq Vera Şaroşkina orqanizmin viruslara qarşı davamlılığını artıran məhsulların adlarını açıqlayıb.


AzEdu.az saglamolun.com-a istinadən bildirir ki, bu ilk növbədə D vitamini ilə zəngin olan məhsullardır - dəniz balığı, balıq yağı, yumurta, süd məhsulları. D vitamini orqanizmin viruslara qarşı davamlılığını artıran əsas vitamindir.


Sinklə zəngin olan qidalar da burada böyük rol oynayır. Bu ət, pendir, çuğundur kimi məhsullardır.

 

C və A vitaminləri güclü antioksidant təsirinə görə orqanizmi gücləndirir, həmçinin A v C vitaminləri nəfəsalma sisteminin sağlamlığında böyük rol oynayır. A vitamini selikli qişaların normal fəaliyyətini təmin edir, C vitamini isə damar və kapilyarları möhkəmləndirir.

 

C vitamini ilə sitrus meyvələri, kivi, itburnu, kələm, bibər, A vitamini ilə isə kök, qaraciyər, balqabaq, yumurta, kərə yağı zəngindir.