Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-10 12:11:00
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Vidadi Muradovu “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edib.

Azedu.az xəbər verir ki, ölkə başçısı bununla bağlı Sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin”. (azərtac)