Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-10 10:25:00
Hamının varlı olduğu utopik dünyada nə baş verərdi?

Təsəvvür edin səhər oyanırsınız və bir anda hər kəs dollar milyoneridir. Hamı pul içində üzür, siz də onlardan birisiniz. Sonra fikirləşirsiniz ki, madəm bu qədər varlıyam, onda kefimin istədiyini edim. İlk olaraq alış-verişə çıxmaq gəlir ağlınıza. Çölə çıxırsınız, lakin heç bir taksi gəlib yaxınlaşmır, çünki hamı varlıdır. 5-6 manat üçün kim taksi sürücüsü işləmək istəsin ki? Nəysə deyib öz maşınınızla yola düşürsünüz, lakin maşının benzini bitib, benzin doldurma məntəqəsinə yaxınlaşırsınız. Orada da benzin yoxdur, çünki neft daşlarından neft çıxardan insanlar da işlərindən istefa ediblər. Benzin doldurma məntəqəsində işləyən insanlar da. Məcbur olub yeriyərək gedirsiniz, amma alış-veriş mərkəzində heç kim yoxdur. Bütün mağazalar və restoranlar bağlıdır. Varlı olan insan niyə ofisant və ya aşpaz işləmək istəsin ki?

Marketə gedib qida almaq qərarına gəlirsiniz, amma nə marketlər işləyir, nə də qida fabrikləri. Meyvə-tərəvəz də tapmaq mümkün deyil, kəndlilər də işlərini dayandırıb. Məcbur olub öz məhsulunuzu özünüz yetişdirirsiniz.

Tətilə çıxmaq istəyirsiniz, amma nə hava limanları çalışır, nə otellər. Çünki kim hovuzu təmizləmək, otaqları yığışdırmaq əziyyətinə qatlanmaq istəsin ki? Kim xidmət sektorunda iş görsün ki, elə deyil? Axı hamı milyoner, hətta milyarderdir…

Bu müddət ərzində eviniz baxımsızlıqdan xarab olmağa başlayır, lakin təmir edəcək heç kimi tapmırsınız. Xəstələnirsiniz, həkim yoxdur ortalıqda, yanğın baş verir, lakin heç kim gəlib o yanğını söndürmür. Belə stresli işlərdə kim işləsin axı?

Evinizdə internet, işıq, qaz da kəsilir, çünki heç kim işləmədiyi üçün bütün sistemlər çökməyə başlayır. Təməl ehtiyaclarınızı belə qarşılaya bilmirsiniz!

Həmin anda fürsətci insanlardan biri çıxır və “hamı varlıdırsa, heç kimin etmək istəmədiyi işləri mən edim və insanların pullarını alım” deyə düşünür. İlk olaraq təndir açır və çörək bişirməyə başlayır, çörəkləri isə milyon dollar qarşılığında satır. Sonra başqa işlər də ortaya çıxmağa başlayır, hamısının da dəyəri milyonlarla ölçülür.

Bir anda əvvəlki sistem öz yerinə oturmağa başlayır. Hamının varlı olduğu dünyada heç kim varlı olmaz.

1920-ci illərin Almaniyasından bir şəkil. İsinmək üçün pulları yandırırlar: