Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-09 16:02:00
Təhsil Nazirliyi: Elektron dərslik portalında 600-ə yaxın dərslik yerləşdirilib

Elektron dərslik portalında (e-derslik.edu.az) ümumi və peşə təhsili üzrə 600-ə yaxın elektron dərslik mövcuddur.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirlib ki, bu dərsliklər video, qrafika və digər multimedia vasitələri ilə zənginləşdirilib.

 

Xatırladaq ki, “Google Analytics”in 2020-ci il dekabr ayının statistik göstəricilərinə əsasən, e-derslik.edu.az portalı Azərbaycanda ən çox müraciət olunan internet resursları sırasında 22-ci yerdədir.