Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 18:12:00
UNEC-in gənc müəllimi Nərgiz Hacıyeva: Təhsildə fərqlilik ən böyük uğur və qalibiyyətdir  

“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Nərgiz Hacıyevanı təqdim edirik.

 

AzEdu.az xəbər verir ki, Nərgiz Hacıyeva 2014-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasını bakalavriat pilləsini, 2017-ci ildə isə Litva və Fransanın dövlət təqaüdü hesabına Vitautas Magnus Universitetinin və Sciences PO-nun “Beynəlxalq  münasibətlər və diplomatiya” ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib.

 

Avropa Diplomatik Akademiyasının (European Academy of Diplomacy) “Avropa İttifaqının xarici siyasəti” adlı proqramının qrantla fəxri məzunudur.

 

Konrad Adenauer Stiftung qrantı (KAS), Ifa Institut Für Auslansbeziehungen təqaüdü, ERASMUS+ təqaüdləri, PZU təqaüdü, Adam Mickiewicz təqaüdü, Stimson İnstitutu qrant mükafatçısı, Visegrad Siyasi Elmlər Məktəbi, Avropa İttifaqı Jean Monnet, Qırmızı Aypara Cəmiyyəti qrantı və s. təqaüdlərin və qrantların qalibidir.

 

2017-ci il Beynəlxalq Münasibətlər və Asiya üçün Malayziyada Harvard Layihəsinin Dövlət və Geosiyasət Proqramının (HPAIR- Harvard Project for Asian and International Relations) fəxri nümayəndə heyəti seçilib.

 

2016-cı ildə Macarıstanın Korvinus Universiteti Budapeştin nəzdində fəaliyyət göstərən Soyuq Müharibə Siyasi Tədqiqatları İnstitutunda siyasi tədqiqatçı, 2017-ci ildə isə Çexiya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən tanınmış Praqa Beynəlxalq Münasibətlər İnstitutunda müstəqil diplomatik tədqiqatçı olaraq “Rusiya-Türkiyə enerji münasibətlərində yeni dövrün başlanğıçı: rəqabətdən əməkdaşlığa”, “Azərbaycanın enerji diplomatiyası və Avropa İttifaqı” adlı mövzuları üzərində tədqiqat aparmışdır.

 

Yerli və xarici jurnallarda, Avropanın müxtəlif beyin mərkəzləri və siyasi tədqiqat institutlarında bir çox məqalələrin, publisistik nəşrlərin, tədqiqat işlərinin müəllifidir. Eyni zamanda, Almaniyanın Düsseldorf şəhərində çap olunmuş, “İran və Türkiyənin Cənubi Qafqazda Enerji münasibətləri”, UNEC-də “Doktorluq dissertasiyasını yazmaq üçün metodik göstərişlər” adlı kitabların müəllifidir.

 

2018-ci ildə Avropa İttifaqı tərəfindən “Aİ Şərq qonşuları proqramı” üzrə “Gənc Avropa Səfiri” seçilib.

 

Avropa İttifaqı, Litva və Polşa Xarici İşlər nazirlikləri tərəfindən təşkil edilmiş “Şərq Tərəfdaşlıq proqramının 10 illiyi”nə həsr olunam beynəlxalq məqalə müsabiqəsinin Azərbaycandan ilk qalibidir.

 

İsveçrə Zurix Universitetinin Siyasi elmlər departamentinin “Democracy NET” gənc alimlər şəbəkəsinin fəxri üzvü, Avstriyada “Innovation in Politics” Beyin mərkəzinin üzvüdür.

 

UNEC-in Dünya iqtisadiyyatı proqramının doktorantıdır.

 

UNEC-in Beynəlxalq əməkdaşlıq departametinin Xarici əlaqələr şöbəsində mütəxəssis vəzifəsində çalışır.

 

Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) ingilis dilində “Sosiologiya” və “Politologiya” fənlərini tədris edir.

 

İngilis, fransız, rus və litva dillərini bilir.