Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 17:24:00
AzTU-da qış imtahan sessiyası onlayn keçiriləcək

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat və magistratura səviyyələrində qış imtahan sessiyası yanvarın 11-də başlayacaq.  İmtahanlar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq onlayn rejimdə, şifahi üsulla keçiriləcək.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, imtahanlarla bağlı tələbələrin şikayət və təkliflərini qəbul etmək üçün İmtahan Qərargahı və Münaqişə Komissiyası yaradılıb. Münaqişə Komissiyası öz işini universitetin hazırladığı proqram təminatı vasitəsi ilə onlayn rejimdə təşkil edib. Şikayət və təkliflər onlayn formada qəbul ediləcək. Qərargahın nəzdində “Qaynar xətt” də mövcuddur. Ötən semester olduğu kimi, tələbələr şikayətlərinin daha operativ həlli üçün “Onlayn çat”a müraciət edə bilər. “Onlayn çat” tələbələrin yaratdığı platformadır və ora ünvanlanan şikayətlər qısa zamanda rəhbərlik tərəfindən cavablandırılacaq.