Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-06 14:52:00
İctimai səhiyyə sahəsində çalışan şəxslər üçün Çində təqaüd proqramı elan edilir

Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Səhiyyə üzrə Vanke Məktəbi 2021-2022-ci tədris ili üzrə ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün təqaüd proqramı elan edir.

 

Nazirlikdən  AzEdu.az-a verilən məlumata görə, proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər.

 

Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına son müraciət tarixi 31 mart 2021-ci ildir.

 

Təqaüd proqramı haqqında ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.