Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-03 15:26:00
Kurikulum üzrə ən yeni test tapşırıqları-Müəllimlərin diqqətinə

Azedu.az mütəmadi olaraq müəllimləri maraqlandıran məsələləri, onlara lazımlı materialları yayımlayır.

Bu yazıda müəllimlərin işə qəbulu və sertifikasiyasının test mərhələsində kurikulum üzrə istifadə olunan  qəbul tipli test nümunələrini təqdim edirik.

 

Qeyd edək ki, test tapşırıqlarını kurikulum-təlimçisi, metodist Mahir Əhədov hazırlayıb.

 

 

 

Leyla belə bir düşüncədədir ki, Aysunun Riyaziyyatı yaxşı bilməsi onun atasının Riyaziyyat müəllimi olmasıyla bağlıdır və əgər mənim də valideynlərimdən biri Riyaziyyat müəllimi olsaydı, mən də o fənni yaxşı bilərdim. Burda Leyla hansı məntiq xətasına yol verir?

A) Özünü bənzətmək

B) Cəmiyyət tərəfindən qəbul edilmək

C) Şəxsi qərəzlilik

D) Həddən artıq ümumiləşdirmə

E) Məntiq xətası yoxdur

 

Coğrafiya dərsində müəllim Kür və Araz çaylarının oxşar və fərqlilikləri ilə bağlı tapşırıq verib.  Bu zaman idrak taksanomiyasının hansı mərhələsi inkişaf etdirilir?

A)anlama

B)Tətbiq

C)Təhlil

D) Sintez

E) Qiymətləndirmə

 

Məntiqi olaraq biri digərlərindən fərqlidir:

A)Müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisası dəyişmək

B)Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək

C) İnsan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq

D) Dövlət təhsil standatarlara uyğun keyfiyyətli təhsil almaq

E)Fasiləsiz təhsil almaq

 

3.1.3 Mənbələr əsasında dövlətlərin tarixinə dair təhlillər aparır, referat və tezislər hazırlayir. Bu zaman idrak taksanomiyasının hansı səviyyəsi gözlənilməlidir?

A)anlama

B)tətbiq

C)təhlil

D)Sİntez)

E)qiymətləndirmə

 

Üsullardan biri şagirdlərdə daha çox tənqidi təfəkkürü inkişaf etdirməklə əşya, hadisə və şəxs haqqında mövqe ortaya qoymağı tələb edir:

A)Klassik dialoq

B)BİBÖ

C)Klaster

D)Karusel

E)Söz assosiasiyaları

 

Dərsin təlim nəticələrilə bağlı deyilən fikirlərdən hansı doğru deyil?

A)Dərs başlamamışdan öncə müəyyən edilməlidir

B)Dərsin mövzusundan onun təlim nəticələri çıxarılır

C)Dərsin təlim stratergiyaları mütləq dərsin təlim nəticələrinin reallaşdırılmasına xidmət etməlidir.

D)DƏrsin qiymətləndirmə vasitələri dərsin təlim nəticələrinə əsasən müəyyən edilməlidir

E)Dərs üçün neçə təlim nəticəsi çıxarılıbsa, mütləq həmin dərsdə hər biri reallaşdırılmalıdır.

 

Günay coğrafiya dərsində musson küləklərinin Cənubi Asiyanın iqliminə təsirini ətraflı şəkildə təsvir edir. Bu zaman Günay hansı biliyə yiyələndiyini nümayiş etdirir?

A)Deklarativ

B)Metakoqnitiv

C)procedural

D)konseptual

E)Deklarativ və procedural

 

Hər bir fənn üzrə mənimsənilməli bilik, bacarıq və vərdişlərin məzmununu, həcmini müəyyən edən sənəddir.

A)Tədrsi planı

B)tədris proqramı

  1. C) tədris vahidi

D)Metodiki vəsiat

E)portfolio

 

BSQ aparılmayan fənn üzrə şagir 1-ci yarımildə KSQ-də müvafiq olaraq 65, 78,81, 90, 56 bal toplayıb. Şagirdin yarımil qiyməti neçə olacaq?

A)2

B)3

C)4

D)5

 

Müəllim artıq bir neçə dərsdir ki, Zeynəbə onun bilik və bacarıq səviyyəsindən aşağı olan təlim tapşırıqları verir. Bu zaman müəllim təlimin təşkilinin hansı prinsiplərini pozur?

A)pedaqoji prosesin tamlığı

B)inkişafyönümlülük

C)fəaliyyətin stimullaşdırılması

D)dəstəkləyəci mühitin yaradılması

E) təlimdə bərabər imkanların yaradılması

 

Ümumi təhsil səviyyələri və fənlər üzrə təlim nəticələrini kim hazırlayır?

A)Dövlət təhsil ekspertləri

B)Məktəb rəhbərliyi

C)fənn müəllimləri

D)təhsil şöbələri

E)Məktəbdəki fənn birliyinin rəhbərləri