Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-01 12:49:00
Onlayn dərsdə ən çox rast gəlinən çətinliklər  

 

Bildiyimiz kimi, onlayn tədrisin zamandan və məkandan qənaət kimi bir çox üstün cəhətləri var. Lakin bu tədris metodunun çatışmayan cəhətləri də az deyil

 

AzEdu.az  onlayn tədris metodunun  yaratdığı çətinlikləri təqdim edir:

 

Onlayn dərslərdə ənənəvidən fərqıi olaraq, şagird verdiyi suala vaxtında cavab ala bilmir. Bu da onun dərsi tam olaraq mənimsəməsinə mane olur.

 

Onlayn heç də tədris bütün dərslər üçün əlverişli olmur. Məsələn, ədəbiyyat tarix dərslərinə uyğun gəlsə də kimya dərsini onlayn formada keçmək o qədər də səmərəli alınmır. Labarotoriyalarda əldə etdiyimiz təcrübəni ekran arxasında qazanmaq mümkün deyil.

 

Onlayn dərslər məkandan asılı olmasa da bəzən dərslərdə sinif otağındakı materiallara ehtiyac duyulur. Məsələn şagird dərsə cavab verərkən bəzən divardan asılmış düstur cədvəlinə, bəzən də hər hanı şairin və ya tarixi şəxsiyyətin şəklini görərək unutduğu məqamları xatırlaya bilir. 

 

Müəllim şagird münasibətlərində ən mühüm məsələlərdən onlar arşında göz kontaktı yarada bilməkdir. Onlayn dərslər müəllimin işinin bu baxımdan çətinləşdirir. Bu tədris formasında müəllim şagird arasındakı göz kontaktı yox səviyyəsində olur. Bu da sinfin idarə edilməsində çətinlik yaradır.

 

Onlayn dərslər zamanı öyrəşdiyimiz dərs sistemində uzaqda qalırsınız. Bu zaman şəxsi dərs sisteminizi qurmadığınız təqdirdə dərslərdən geri qala bilərsiniz.