Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-03 12:13:00
Qəbul imtahanı modelinə dəyişiklik ediləcək? - CAVAB  

 

 

Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı birgə təklifləri əsasında qərar layihəsi hazırlanmış və razılaşdırılmaq üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

 

Qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları üzrə təhsil almaq istəyən şəxslərin həmin ixtisaslara müvafiq bilik və bacarıqları nəzərə alaraq qeyd olunan ixtisasların II ixtisas qrupundan III ixtisas qrupuna keçirilməsi nəzərdə tutulur.

 

Qərardan sonra,  əhalidə bu ixtisas qruplarında fənlərdə dəyişiklik olması ilə bağlı narahatlıq yarandı.

 

Nəticədə Dövlət İmtahan Mərkəzinə mövzu ilə bağlı  çoxsaylı suallar gəlməyə başladı.

 

AzEdu.az DİM-ə ən çox verilən sualların cavablarını təqdim edir.

 

SUAL: Gələn illə bağlı qruplarla bağlı nə dəyişiklik nəzərdə tutulurmu?  Regionşünasılıq ixtisasının III qrupa keçirilməsindən sonra ixtisas qruplarda fənn dəyişikliyi nəzərdə tutulurmu?

 

CAVAB: Qəbul imtahanı modelində dəyişiklik olunması nəzərdə tutulmur.

 

Xatırladaq ki, qərar qəbul olunduğu halda sözügedən dəyişiklik 2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərə deyil, 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərə şamil olunacaq.