Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-29 15:15:00
Şəhid Rəşad Mehdiyev adına təqaüd proqramına qeydiyyat davam edir
 
Şəhid Rəşad Mehdiyev adına təqaud Proqramına qeydiyyat davam edir. 
 
 
Azedu.az xəbər verir ki, bu təqaüd proqramı 20 Oktyabr 2020 - ci il tarixində Vətən müharibəsi zamanı şəhid olmuş Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunub.
 
Təqaüd müddətində İT üzrə təhsil alan II,III,IV kurs bakalavr tələbələri semestr boyunca İT sahəsi üzrə hazırda müxtəlif şirkətlərdə çalışan gənclər tərəfindən məlumatlandırıcı təlimlər keçirilib , aylıq təqaüdlə mükafatlandırılacaqlar. 
Hazırda müxtəlif şirkətlərdə İT sahəsi üzrə çalışan gənclər öz
kariyera təcrübələrini bölüşəcək.
 
Təqaüd yalnız İT sahəsi ilə bağlı ixtisaslara aiddir,  yalnız II,III, IV kurs bakalavr tələbələri müraciət edə bilərlər.
 
 
Təqaüd müddəti 6 aydır. Müraciət tarixi isə  28.12.2020 - 18.01.2021 saat 20:00-a qədərdir.
 
 
 
Qeyd edək ki əsas əlaqə vasitəsi  email ünvanıdır. Əlavə suallar üçün email və ya facebook ünvanına  yaza bilərsiniz.