Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 17:45:00
“İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” adlı kitab çapdan çıxıb

 

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov və Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun həmmmüəllifi olduqları “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” adlı kitab çapdan çıxıb. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, elmi rəyçiləri – Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur.

 

Kitabda İslam dünyasındakı fəlsəfi düşüncə fəaliyyətinin əsas istiqamətləri, problemləri və nümayəndələri oxucuya təqdim edilir. Bu mənada, oxucular kitabda “İslam fəlsəfəsinin mahiyyəti nədən ibarətdir?”, “Bu fəlsəfənin əsasını hansı mənbələr təşkil edir?”, “Nümayəndələri kimlərdir?”, “Bu fəlsəfənin İslam mədəniyyəti və düşüncəsində yeri və əhəmiyyəti nədən ibarətdir?”, “İslam fəlsəfəsi keçmişdə və günümüzdə nə kimi dəyər daşıyır?” və s. kimi suallara cavab tapa bilərlər.