Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 16:21:00
İxtisas qrupları növbəti illərdə birləşdirilə bilər – Analiz  

 

 

Təhsil ictimaiyyətində tez-tez buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsi gündəmə gətirilir.  Bununla yanaşı, fənn bloklarının birləşdirilməsi də müzakirə mövzusudur.

 

Mövzu ilə bağlı Azedu.az-a danışan qəbul məsələləri üzrə ekspert  Elçin Əfəndi  növbəti illərdə fənn bloklarının birləşdirilməsinin mümkün olduğunu bildirib:

 

“Ümumiyyətlə,  fənn bloklarının birləşdirilməsi məsələsi  müzakirə olunur. Çünki hazırda I-IV, II-III qrupların fənləri demək olar ki eynidir.  Hələ ki, I və IV, qarşıdakı vaxtlarda isə II, III qruplar birləşdirilə bilər. Qabiliyyət tələb edən ixtisaslar üzrə isə indi olduğu kimi vahid qrup qalacaq. 

 

Bundan əlavə imtahanların birləşdirilməsi də Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunub.  Yəni yekun qiymətləndirmə əsasında ali məktəbə qəbul imkanı da yaradılacaq.  Şagird imtahan verib attestat almaqla yanaşı, həmin nəticə ilə ali təhsil müəsissələrinə qəbul müsabiqəsində iştirak edə biləcək”.

 

Qeyd edək ki,  nəzərdə tutulan dəyişikliklər 2022-ci ilin qəbul kampaniyasında tətbiq oluna bilər.