Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 15:43:00
Coğrafiya fənni III qrupa nə zaman əlavə ediləcək? - Proqnoz  

 

“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı  Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə hazırladığı qərar layihəsi təhsil ictimaiyyətində müzakirə olunur.

 

Xüsusilə, coğrafiya müəllimləri bu qərarın natamam olduğunu, III fənn blokuna  da coğrafiya fənnninin salınmasını, əks halda isə ixtisasların II qrupda qalmasını vurğulayırlar. Həmin ixtisaslar üzrə coğrafi biliklərin lazımlılığı da diqqətə çatdırılır.

 

Mövzu ilə bağlı Azedu.az-a danışan təhsil eksperti Elçin Əfəndi  III qrupa coğrafiya fənninin salınacağını ehtimal edir:

 

“III qrupa coğrafiya fənninin əlavə olunması müzakirə edilir,  nəzərdə tutulur ki,  əlavə olunsun. Çünki bu qrupa yeni əlavə edilmiş “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarında coğrafi biliklər mütləqdir.   Buna görə coğrafiyadan imtahan  götürülməsi də mütləqdir. 

 

Bu prosesi isə növbəti tədris ilində yəni 2021-ci ilin sentyabr ayından qüvvəyə minəcək.  2022-ci il qəbul imtahanlarında III qrupda  coğrafiya əsas fənn kimi götürüləcək. Yəni imtahan suallarında coğrafi biliklər də yoxlanacaq”.

 

Qeyd edək ki, 2007-ci ilə qədər DİM-in qəbul proqramında III qrupda  sözügedən ixtisasların olması ilə yanaşı, coğrafiya fənni də olub.