Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 15:30:00
İkili diplom proqramı üzrə əlavə sənəd qəbulu davam edir

Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında bakalavriat pilləsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün əlavə sənəd qəbulu davam edir.

Nazirlikdən  bildirilib ki, proqrama son müraciət tarixi dekabrın 31-dir. İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 4 ildir. Bu proqramın 3 ilinin Bakı Mühəndislik Universitetində, son 1 ilinin isə İnha Universitetində keçirilməsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.