Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 16:23:00
Tələbə intiharları ilə bağlı statistika AÇIQLANDI...

Britaniyada ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün intihar nisbəti ilk dəfə ortaya çıxıb.

Bu haqda AzEdu.az xarici KİV-ə istinadən xəbər verir.

Milli Statistika İdarəsi İngiltərə və Uels universitetlərində  12 aylıq müddətə tələbə intiharları haqqında məlumat verir.

1950-ci illərdən bəri şagird intiharı barədə məlumatlar demək olar ki yox idi. Ötən ilin payızında nəşr olunan bir hesabatda, on ildir ki, psixi sağlamlıq problemləri olan tələbələrin sayının beş qat artdığı bildirilib. İngiltərə və Uels  universitetlərində  12 ay ərzində  2 milyondan çox tələbə  təhsil alıb. Bu da orta hesabla  100.000 tələbəyə 4.7 ölüm halı deməkdir.

Bu zamana qədər gənc kişilər arasında intihar nisbəti gənc qadınlardan daha yüksək olub.  Ötən ay İngiltərə və Uels universitetlərinin tələbələrinin  psixi sağlamlığına dəstək olmaq üçün Britaniya universal tibbi xidmət liderlərinin iş birliyi ilə görüş təşkil edilib.

Derbi Universiteti psixi problemlərdən əziyyət çəkən tələbələrə kömək etmək üçün bir sıra müxtəlif üsullardan istifadə edir. Bu üsullardan biri onların akademik və şəxsi həyatına  yardım yollarını təmin etməkdir. Həmçinin  psixi sağlamlıq durumlarını yaxşılaşdırmaqdan ötrü təlimlərin keçirilməsi də çıxış yollarına daxildir.

Leyla Qulami