Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 11:07:00
Məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb

2020-ci ildə icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb. 

Təhsil Nazirliyindən Azedu.az-a verilən məlumata görə, bu il ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.