Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-24 13:37:00
 III qrupla bağlı edilən  dəyişiklik  nə vaxtdan tətbiq olunacaq?- RƏSMİ

 

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə hazırladığı qərar layihəsinə görə “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları 2021-ci ildən etibarən II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupunda yerləşdiriləcək.

 

Azedu.az xəbər verir ki, bununla bağlı 11-ci sinif şagirdləri narahatlıq keçiriblər.  DİM-dən verilən məlumata görə  qeyd olunan dəyişiklik 2021-ci ilin qəbulu zamanı nəzərə alınmayacaq. Dəyişiklik 2021-ci ilin sentyabr ayından etibarən qüvvədə olacaq.

 

Nəzərdə tutulan dəyişiklik 2022-ci il qəbul kampaniyası müddətində tətbiq olunacaq.

 

Qeyd  edək ki, dəyişiklikdə ixtisasların ali təhsil müəssisələrindəki tədris planları və qəbul imtahanlarında ixtisas qruplarına aid olan fənlər üzrə tələb olunan bilik və bacarıqlar nəzərə alınıb.