Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-24 09:00:00
AMEA-nın müxbir üzvü vəfat etdi - FOTO

Azərbaycan elminə böyük itki üz verib.

 

AzEdu.az xəbər verir ki, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev vəfat edib.

Kamran İmran oğlu Əliyev 1953-cü ildə Naxçıvan MR Şərur rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə ilə bitirib. 

1976-1979-cu illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub. 1980-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib. 

Folklor İnstitutunun Elmi Şurasının və Müdafiə Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Folklor İnstitutunun şöbə müdiri olub (oxu.az).

 

Allah rəhmət eləsin.