Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-23 10:40:00
Hansı fənlərin tədrisi zamanı sinif  2 qrupa bölünməlidir? – Müəllimlərin xüsusi marağı

Müəllimləri motivasiya edən əsas amil onlara verilən dərs saatları olduğu üçün iki qrupa bölünməklə keçirilən fənlər də təhsil işçilərinin diqqət mərkəzindədir.

 

Çünki bu zaman eyni dərs saatı 2 müəllimə verilməli olur. Bəs, hansı fənlərin tədrisi zamanı sinif  2 qrupa bölünür?

 

AzEdu.az məlumat verir ki, bu kimi məsələlər “2019-2020-ci  dərs ilinin Tədris Planına dair Qeydlərində əks olunub. Qeydlərə görə, müvafiq maddi-tədris baza və ixtisas müəllimləri olduğu halda, şagirdlərin sayı 20 və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür:

 

-Tədris rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərinin I-XI  siniflərində Azərbaycan dili (dövlət dili kimi).

 

-Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərinin I-XI  siniflərində xarici dil, V-XI siniflərində ikinci xarici dil.

 

-Bütün ümumtəhsil məktəblərinin V-XI siniflərində “Fiziki tərbiyə”, V-IX siniflərində “Texnologiya”.

 

-Ümumtəhsil məktəblərinin X-XI siniflərində “İnformatika” fənni üzrə praktik məşğələlər.

 

Tədris ilinin birinci yarısında hər hansı səbəbdən bölünən fənlər üzrə siniflərdə şagirdlərin sayı azaldıqda və ya artdıqda tədris ilinin ikinci yarımilindən qruplar bir sinifdə birləşdirilməklə və ya siniflər iki qrupa bölünməklə tədris davametdirilir.