Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 09:40:00
Dünyanın ən uzaq iki nöqtəsi arasındakı məsafə 1 saata fəth olunacaq

Amerika kosmos  texnologiyaları şirkəti Space Xin qurucusu  Elon Musk Marsa səyahət layihələri ilə bağlı açıqlama verib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, o, Stiven Hokinqin fikrinə şərik çıxaraq Marsda  yaşayışa imkan verəcək kaloniya qurulmasının son dərəcə önəmli olduğunu deyib. O, Marsın Aya nisbətən daha uzaq məsafədə olduğunu, buna görə də insanlığın 3-cü sünya müharibəsi ehtimalı zamanı daha güvəndə olacağını bildirib. Elm adamı insanlığı, mədəniyyəti qarantiyə almalı olduğumuzu deyib.

Bundan əlavə Elon Musk Marsa səyahətin tarixini də təxmin edib. O, planetlərarası kosmik gəminin inşasının hələ də davam etdiyini,  gələn ilin birinci yarısında sınaqlara BFR roketi ilə başlanılacağını təxmin edib. İlk vaxtlar qısa uçuşların həyata keçiriləcəyi bildirilib.

Dünyanın ən uzaq iki nöqtəsi arasındakı məsafənin bir saatdan az vaxtda fəth oluna biləcəyini deyən  amerikan elm adamı planlarında hansısa dəyişiklik olmazsa,  insanlığın 2024-cü ildə Marsda kaloniyalaşmağa başlana biləcəyini  qeyd edib.

Xatırladaq ki, Elon Musk hələ 2017-ci ildə Avstraliyanın Adelaide əyalətində keçirilən Beynəlxalq Astronavtlar Konqrensində  Mars  layihəsi ilə bağlı detalları açıqlamış, Marsa səyahət üçün inşa olunacaq BFR-in saatda 27 000 km sürətə sahib olacağını demişdi.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları