Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-18 11:17:00
2020-2021-ci tədris ili üçün TƏQVİM

2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb.

AzEdu.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 

 

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

 

Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün). 

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun qərarı ilə oktyabrın 19-dan noyabrın 2-sinə qədər bütün tədris müəsissələrində tətil elan olunub.

Məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, digər  təhsil müəssisələrində əlavə tətil günləri ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla müəyyən edilib.