Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-26 14:50:00
Gəncləri Avropa və Amerikaya aparan ən məşhur imtahan proqramı – TOEFL barəsində bilmədiklərimiz

İngilisdilli ölkələrdə təhsil almaq üçün həmin universitetlərin əksəriyyəti ingilis dili haqqında sənəd tələb edir. Dünyada ən məşhur ingilis dili imtahanları  isə TOEFL və İELTS-dir. Hər iki imtahan ingilis dili səviyyəsini yoxlayır və universitetin tələb etdiyi səviyyədə olduğu təqdirdə qəbulolma şansı artır.

Bu gün “İngilis dili xarici dil qismində” mənasını verən TOEFL (Test of English as a Foreign Language) imtahanıdır.

TOEFL və İELTS tələbinə görə universitetlər fərqlənir. Hər iki imtahan nəticəsini qəbul edənlər də var. Amma elə ali məktəb var ki, yalnız TOEFL və ya İELTS tələb edə bilər.

TOEFL İBT (İnternet Based Test) 80 ölkədə keçirilir və kompüter əsaslı imtahandır. Yəni bu imtahanı kompüter arxasında oturaraq onlayn formada verə bilərsiniz. Belə imtahana şərait olmadığı təqdirdə TOEFL PBT (Paper Based Test) imtahan yazılı əsaslarla təşkil edilir.

İmtahan 4 hissədən ibarətdir. Burada ingiliscə oxu, yazı, dinləmə və danışıq bacarıqları yoxlanılır və 4 saat davam edir. Həmçinin bu zaman qeydlər götürməyə icazə verilir.

İmtahanın "Oxuma" hissəsində tələbəyə  3-5 ədəd məqalə və onlara aid suallar verilir. Hər bir məqalə təxminən 700 sözdən ibarətdir və hər-hansı akademik mövzuya aid olur. Tələbə məqalələrdə verilmiş tərkibin ritorik funksiyasını başa düşməli, mövzunun əsas ideyası, lüğət tərkibi, cümlə əlavə olunması və ümumi ideyalara dair suallara cavab verməlidir. Bu hissəyə 60-80 dəqiqə vaxt verilir.

Dinləmə bölməsində tələbə hər biri 3-5 dəqiqədən ibarət 6 danışıq parçasını və onlara aid olan sualları səsli olaraq dinləyir. Hər bir danışığı yalnız bir dəfə dinləmək olur. Tələbə danışığı dinləyərkən özü üçün qeydlər apara və cavab verərkən həmin qeydlərdən istifadə edə bilər. Hər bir danışıqdan sonra tələbə dinlədiyi mövzuya aid 5 və ya 6 suala cavab verir. Burada vaxt məhdudiyyəti 60-90 dəqiqədir.

Bu iki mərhələdən sonra 10 dəqiqə fasilə olur.

Danışıq mərhələsində 6 tapşırıq və 20 dəqiqə vaxt verilir. Burada ilk iki hissədəki mövzulara uyğun fikirlərinizi bildirirsiz.

Sonuncu mərhələ olan “yazma”da isə 2 tapşırıq olur və 50 dəqiqə ayrılır. Burada oxuma və yazma tapşırıqları əsasında esse cavablarını fikirlərinizi əsaslandıraraq yazmaq lazımdır.

Toplana biləcək maksimum nəticə isə 120 baldır.

İmtahanda ingilis dilində olan standart (QWERTY) kompüter yazı lövhəsindən istifadə olunur.

Qiymətlərə gəlincə ABŞ-da TOEFL testinin qiyməti 150 dollardır. Ümumilikdə isə ölkərə görə 150-200 dollar arasında dəyişir.

Bildirək ki, TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur.