Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 15:21:00
 Məktəblərdə milli qiymətləndirmə necə keçiriləcək?- Son iki gün - Nazirlik açıqladı 

 Hər kəsi düşündürən məsələ “19 dekabrda milli qiymətləndirmə necə keçiriləcək?” sualıdır.

 

 

 Azedu.az xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində milli qiymətləndirmələr təşkil olunur.

 

Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.

 

Milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir, ancaq tədqiqat xarakterlidir.

 

Qiymətləndirmə prosesində hələlik yalnız 3 sinif iştirak edəcək, növbəti ildə isə digər siniflər də cəlb olunacaq. 

Azedu.az siniflər üzrə qiymətlədnirmə qaydalarını təqdim edir:

 

IV sinif şagirdlərinə tədris dili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə),

 VI sinif şagirdlərinə tədris dili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat),

 IX sinif şagirdlərinə tədris dili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti – 3 saat).

Əlavə olaraq bildirək ki, qiymətləndirmə prosesində nəzarət mexanizmi hələlik qurulmayıb.