Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-16 16:12:00
Komandiri olduğu tağımı xilas edərək qəhrəmancasına şəhid olan təhsil işçisi -Xalid Nəciyev

 

 

Saatlı Rayon Təhsil Şöbəsinin məsləhətçisi, həm də Təhsil Nazirliyinin Saatlı və Sabirabad rayonları üzrə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Xalid Nəciyev Laçın rayonu Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə komandiri olduğu tağımı xilas edərək qəhrəmancasına şəhid olub.

 

 

AzEdu.az şəhid olan təhsil işçisinin fəaliyyətini təqdim edir:

 

 

Xalid Nəciyev 1992-ci ildə Saatlı rayonunda anadan olub. 1998-2009-cu illərdə Saatlı rayon Səməd Vurğun adına 1 saylı orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinə daxil olub.

 

Tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. Hərbi xidməti Naxçıvanda başa vurduqdan sonra Gəncədə müddətdən artıq hərbi xidmətə başlayıb və leytinant rütbəsinə qədər yüksəlib.

 

 

Xalid Nəciyev 2016-cı ildən Təhsil Nazirliyinin Saatlı və Sabirabad rayonları üzrə ictimaiyyətlə əlaqələrə məsul şəxsi vəzifəsində çalışıb.

 

 

O, 29 yaşında ehtiyyatda olan zabit kimi müharibəyə çağrılıb. 5 noyabrda Laçın rayonunun Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə komandiri olduğu taqımı xilas edərkən qəhrəmancasına şəhid olub.

 

 

Allah rəhmət eləsin!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları