Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-16 11:08:00
Distant dərs keçən müəllim: “Məni narahat edən imkanı olmayan şagirdlərdir”

“Ötən tədris ili demək olar ki, distant dərslərə qoşulmurduq. Bu il  işlədiyim məktəbi dəyişmişəm və onlayn dərslər keçirəm.  Distant dərslər barədə  qeyd edilən problemlərin hamısını demək olar ki, yaşayıram. Deyə bilərəm ki, ölkəmiz hələ də distant təhsilə hazır deyil”.

 

Bu sözləri onlayn dərslər barədə AzEdu.az-a danışan  Gədəbəy rayon Nərimankənd tam orta məktəbin coğrafiya müəllimi  Pərvanə Verdiyeva deyib.

O, yeni tədris ilində onlayn dərslərdə müəyyən irəliləyişlər olduğunu da vurğulayıb:

 

“Doğrudur, keçən və builki tədris ili arasında xeyli fərqlər var. Amma yenə də distant dərslər effektli deyil. Sinifdə şagirdlərin hamısı distant dərslərdən yararlana bilmir. Yalnız texniki imkanları  olan şagirdlər yararlana bilir və qeyd edim kənd yeri olduğu üçün problem daha çoxdur.

Bəzən işıqların verilməsində fasilələr yaranır, bəzən internet xətlərində problemlər olur.  Həmçinin internetin sürəti zəif olduğu üçün onlayn dərsler istədiyimiz effekti vermir.  Əyani dərslər qədər effektli olmasa da, dərslərimizi davam etdiririk. Məni narahat edən dərslərə qoşulmaq istəyən, amma imkanı olmayan şagirdlərdir”.

 

Pərvanə müəllim şagirdləri ilə yanaşı özünün də internet problem olduğunu bildirib:

“Şagirdlərin əksəriyyəti internetdə yaranan problemlərə görə onlayn dərslərdə iştirak edə bilmirlər. Bəzən mənim özümdə də bu problemlər yaranır”

 

Qeyd edək ki, Nazirlik internet imkanı olmayan şagirdlərə teledərslərə baxmağa tövsiyə edir.